Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi

0

  •        Bildiyimiz kimi, noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyev çıxışında Partiyanın üzvlərini təbrik edib, 30 il ərzində iqtdar Partiyasının fəaliyyətindən danışıb. Müstəqillik illərinin əvvəllərində ölkəmizdə baş verən xaosdan, hərc-mərclikdən söhbət açaraq bildirdi ki, Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.      Ölkə başçısı o dövrdə xalqımızın dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etməsindən danışaraq qeyd etdi ki, Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.        Prezident İlham Əliyev çıxışında Fransanın ermənipərəst mövqeyinə toxunaraq bu iki işğalçı dövləti bacılar deyə adlandırdı. Bu iki barbar dövlət öz çirkin əməllərini ört-basdır etmək üçün bir-birinin üzünü yuyur. Amma Fransa Ermənistanın tərəfini saxladığı üçün peşman olacaqdır.       Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Odrumuzun qazandığı Qələbənin ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd etməsi qürurverici hadisədir. Bu şanlı qələbəni məhz xalq-iqtidar birliyi təmin etdi. Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın həmrəyliyi gündən-günə artmaqdadır. Ölkəmiz iqtisadi-siyasi gücü ilə dünya dövlətləri arasında öz nüfuzunu gücləndirməkdədir. Mən dövlətçiliyimizin müdafisəsində dayanan bir vətəndaş kimi, Yeni Azərbaycan Partiyasının üzvlərindən biri olaraq zaman Cənab Prezidentimizin siyasətini dəstəkləyəcəyəm. Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi

    Maraqlı gələ bilər
    40
    42